Türkiyənin əfsanəvi müğənnisini qətlə yetirən öz qızı imiş... – ŞOK MESAJLAR + FOTO

“Müğənni Güllünü öz qızı Tuğyan Ülkem Gülter öldürüb”.

Oct 27, 2025 - 21:56
Türkiyənin əfsanəvi müğənnisini qətlə yetirən öz qızı imiş... – ŞOK MESAJLAR + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bunu Güllünün İstanbulda çıxış etdiyi əyləncə məkanının sahibi Ferdi Aydın deyib.

F.Aydın bildirib ki, artıq məsələ ilə bağlı Yalova Ədliyyəsinə ifadə verib və sübutlar təqdim edib:

Fotoda: Fərdi Aydın

“Güllü xanımın öldürüldüyünü düşünürük. Tuğyan Ülkem Gülter bunu ailə dostları Bircan xanıma “WhatsApp” yazışmasında etiraf edərək “Anamı öldürdüm. Kaş onu bu şəkildə öldürməzdim, sümükləri sındı, çox pərişanam” deyib. Daha sonra Bircan xanımın evinə gedib telefonu əlindən zorla alıb və mesajları silib. Ancaq məndə silinmiş mesajların qeydləri var. Hamısını sübut olaraq məhkəməyə təqdim edəcəyəm. Hazırda iki şahid ədliyyədə ifadə verir. Hətta gizli şahidlərimiz də var. Tuğyan Ülkem Gülter narkotik aludəsidir. Bunu bütün Çınarcık da deyir, o hər şeyi edə bilər. Dediyim kimi, onun Bircan xanıma etiraf etdiyi mesajların qeydləri də var”.

Fotoda: Güllü və qızı Tuğyan Ülkem Gülter

Xatırladaq ki, Türkiyənin əfsanəvi müğənnilərindən sayılan Güllü (Gül Tut) sentyabrın 26-da Yalova Çinarcıkda 6-cı mərtəbədəki evinin pəncərəsindən düşərək həyatını itirib. Güllünün ölümü ilə bağlı cinayət işi açılıb.

Banu