Turla Qarabağa gedənlərin avtobusu Ağdərədə qəza etdi - Çox sayda yaralı var

Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Jun 28, 2026 - 12:44
Jun 28, 2026 - 13:10
Turla Qarabağa gedənlərin avtobusu Ağdərədə qəza etdi - Çox sayda yaralı var

SAVASHMEDİA.az xəbər verir ki, qəza hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. 

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən - 1984-cü il təvəllüdlü Raidə Bəxtiyar qızı İmanova, 1989-cu il təvəllüdlü Həcər Əli qızı Həsənova, 2011-ci il təvəllüdlü Minarə Elnur qızı Babayeva, 2018-ci il təvəllüdlü Hüseyn Pərviz oğlu İmanov və 1966-cı il təvəllüdlü Nərgiz Əmrah qızı Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Bərdə Müalicə-Diagnostika Mərkəzinə çatdırılıblar

Faktla bağlı araşdırma aparılır.