Üç gün leysan yağacaq, sel keçəcək – XƏBƏRDARLIQ + TARİXLƏR 

Sentyabrın 4-6-da əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Sep 3, 2025 - 22:52
Üç gün leysan yağacaq, sel keçəcək – XƏBƏRDARLIQ + TARİXLƏR 

SAVASHMEDİA.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.