Uels şahzadəsi Diananın oğullarını barışdırmaq istəyir

Uels şahzadəsi Keyt Middlton əri şahzadə Uilyamdan Milad bayramına qədər qardaşı Harri ilə münaqişəyə son qoymağa dəvət edib. 

Nov 12, 2024 - 17:48
Uels şahzadəsi Diananın oğullarını barışdırmaq istəyir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “HeatWorld” yazıb.

Mənbənin sözlərinə görə, qardaşların barışması üçün bir maneə var, o da Meqan Markldır. Meqan da öz hisslərinin nəzərə alınacağı təqdirdə ərinin ailəsi ilə barışmasına qarşı deyil.

“Meqan açıq şəkildə bildirib ki, Uilyamın və ya başqasının Harri ilə aralarını vurmasına imkan verməyə hazırlaşmır. O, qəti şəkildə əmindir ki, əri ilə komandadır və əgər onun ailəsi xanımını deyil, yalnız Harrini qarşılamaq istəsə, bu, həlledici amil olacaq”, - deyə mənbə əlavə edib.

Mənbə qeyd edib ki, belə vəziyyət Keyti narahat edir: “O, nikbindir və Harrinin güzəştə getməyə hazır olduğuna inanır. Eyni zamanda o, Meqanın yolu kəsə  biləcəyindən narahatdır. Harri nə qədər barışmaq istəsə də, bir çox insanlar onun hələ də Meqanın təsiri altında olduğunu hiss edir və narahatlıq bundadır ki, onun mövqeyi Harrinin əlaqə saxlamasını çətinləşdirə bilər”. 

Qeyd edək ki, sentyabr ayında kraliça Kamila şahzadə Harrinin Londona gəlişindən narahat olub. “Radar Online”-ın məlumatına görə, Kamilla əri Kral III Çarlzın xərçəngdən müalicə aldığı bir vaxtda əsəbiləşə biləcəyindən qorxurmuş, çünki Harri ilə hər görüş atasına narahatlıq gətirir.

Xatirə SADİQ