Tomat pastası kiflənir? - 4 sadə üsul
Tomat pastasının kiflənməsi evdar xanımları narahat edən məsələlərdəndir.
SAVASHMEDİA.az bu halın qarşısını alan 4 sadə üsulu təqdim edir:
1. Təmiz və quru qaşıqdan istifadə edin
Hər dəfə tomat pastasını qabdan götürərkən quru və təmiz qaşıq istifadə edin. Nəmlik və çirk kifin əmələ gəlməsini sürətləndirir.
2. Üzərinə yağ tökün
Tomat pastasını açdıqdan sonra istifadə etmədiyiniz hissəsinin üzərinə zeytun yağı və ya duru yağ tökün ki, hava keçməsin. Bu, oksidləşmənin və kifin qarşısını alır.
3. Soyuducuda Saxlayın
Açılmış tomat pastasını hava keçirməyən qapaqlı bir qabda soyuducuda saxlayın. Mümkünsə, şüşə qab daha yaxşıdır.
4. Donduraraq Saxlama
Əgər tomat pastasını tez-tez istifadə etmirsinizsə, onu buz qəliblərinə paylayıb dondura bilərsiniz. Donmuş pastaları ehtiyac olduqca çıxarıb istifadə edin.
Əgər tomat pastasında artıq kif yaranıbsa, üst qatını təmizləyib istifadə etmək təhlükəlidir – çünki kifin kökləri dərinə işləyə bilər. Tamamilə atmaq daha təhlükəsizdir.
Yağmur