Tramp şahzadə Salmanın qəhvəsini niyə içmədi? - Özünə söz veribmiş + Kədərli hekayə

Xəbər verdiyimiz kimi, Donald Tramp İnvestisiya Forumu çərçivəsində Səudiyyə Ərəbistanına səfər zamanı təqdim edilən ərəb qəhvəsini içməyib. 

May 14, 2025 - 17:03
May 14, 2025 - 17:05
Tramp şahzadə Salmanın qəhvəsini niyə içmədi? - Özünə söz veribmiş + Kədərli hekayə

Səudiyyə Ərəbistanı adət və ənənələrinə görə dövlət ərkanı önəmli toplantılara başlamazdan əvvəl qəhvəiçmə mərasimi təşkil edir. 

Ənənəyə uyğun olaraq şahzadə Salman qonağa ədviyyatlı ərəb qəhvəsi təqdim edib. Qəhvəni dərhal içən Salmanın əksinə olaraq, Tramp fincanı sadəcə əlində tutub və içməkdən imtina edib.

Trampın bu adəti pozması dünya mediasının gündəminə çevrilib. Çoxları bunu Səudiyyə Ərəbistanına və ərəb adət-ənənələrinə hörmətsizlik kimi qəbul edib.

Bəs əsl səbəb nədir? 

SAVASHMEDİA.az xəbər verir ki, Tramp 2015 və 2018-ci illərdə verdiyi müsahibə və reportajlarda sağlam həyat tərzinə üstünlük verdiyini bildirib: 

“Spirtli içki içmirəm, siqaret çəkmirəm, kofe belə içmirəm. Bu mənim ən yaxşı xüsusiyyətlərimdən biridir”.
ABŞ lideri 2019-cu ildə verdiyi reportajda isə içki, siqaret və qəhvədən imtina etməsinin səbəbini açıqlayıb. 
Tramp bildirib ki, böyük qardaşı Fredi infarktdan itirib. Fred ölərkən 42 yaşında olub. O, davamlı siqaret çəkib, içki və kofe içib. Nəticədə ürəyi zəif düşüb və infarktdan vəfat edib. Tramp isə onun ölümündən sonra heç vaxt içki, qəhvə içməyəcəyinə, siqaret çəkməyəcəyinə dair özünə söz verib.

Vəsilə İbrahim

Fotoda Trampın ölən qardaşı Fred