XIV Leo vasitəçilik sevdasına düşüb - “Qafqazda…”

Roma papası XIV Leo müharibə edən ölkələrə Vatikanın vasitəçiliyini təklif edib. 

May 14, 2025 - 16:49
XIV Leo vasitəçilik sevdasına düşüb - “Qafqazda…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Le Monde” yazıb. 

“Müqəddəs Taxt düşmənlərin görüşünə və bir-birinin gözünə baxmağa kömək etməyə hazırdır ki, insanlar onlara məxsus olan ümid və ləyaqəti, sülhün ləyaqətini bərpa edə bilsinlər”, - deyə XIV Leo vurğulayıb.

Dünyada “Müqəddəs Torpaqdan Ukraynaya, Livandan Suriyaya, Yaxın Şərqdən Tiqraya” “və Qafqazda” çoxsaylı münaqişələrə istinad edən pontifik zorakılığı pisləyib və sülhə nail olmaq üçün səy göstərməyə çağırıb.

Xatirə SADIQ