“Ukrayna gələn ay Tramp komandası ilə görüşməyə çalışacaq” – Araxamiya

“Donald Trampın komandası fevralın əvvəlində Ukrayna nümayəndə heyəti ilə danışıqlar üçün görüşə bilər”.

Jan 21, 2025 - 14:15
“Ukrayna gələn ay Tramp komandası ilə görüşməyə çalışacaq” – Araxamiya

SAVASHMEDİA.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbəbr verir ki, bunu “Xalqın xidmətçisi” fransiyasının sədri David Araxamiya deyib. 

Fraksiya rəhbəri bu gözləntisini fevralın əvvəlində Vaşinqtonda “Ukrayna həftəsi”nin başlaması ilə izah edib: “Məncə, əslində əsas proseslər, Trampın yeni komandası ilə əsas danışıqlar orada baş verəcək. Ona görə də gözləyirik”.

Bu xəbər yayılandan sonra “Xalqın xidmətçisi” fraksiyasının mətbuat xidməti mediaya müraciət edərək, söhbətin “danışıqlar”dan yox, “əlaqələr”dən getdiyini nəzərə çatdırıb: “Ukrayna parlamentinin nümayəndə heyəti ilə Trampın yeni komandası arasında aktiv təmaslar fevralın əvvəlində Vaşinqtonda keçiriləcək “Ukrayna həftəsi” çərçivəsində başlaya bilər. Trampın komandasına bəzi təyinatlar artıq baş tutub, digərləri isə hələ qarşıdadır. İndi biz müvafiq görüşlərin parlamentlərarası səviyyədə və digər səviyyələrdə baş tutması üçün çalışırıq”.

Qeyd edək ki, bu il fevralın 3-dən fevralın 8-dək Vaşinqtonda iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş illik “Ukrayna Həftəsi” keçiriləcək. Tədbirin proqramına görüşlər, dəyirmi masalar və forumlar daxildir. Tədbirlərdə amerikalı senator və konqresmenlər, Ukraynanın aparıcı siyasətçiləri və xadimləri iştirak edəcəklər.

Xatirə SADİQ