Ukrayna heyəti götür-qoy edir - “Rus oyunudursa…”

Ukrayna tərəfi İstanbulda Rusiya ilə danışıqlara heyəti göndərmək imkanını nəzərdən keçirir. 

May 15, 2025 - 17:09
Ukrayna heyəti götür-qoy edir - “Rus oyunudursa…”

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Agentlik yazır ki, Ukrayna Rusiya komandasının hər hansı qərar qəbul etmək səlahiyyətinin olub-olmadığını öyrənmək istəyir. Əgər Rusiya nümayəndə heyəti “ciddi söhbətə” hazırdırsa, o zaman Ukrayna tərəfi onunla əlaqə saxlaya bilər.
 
Mənbə bildirib ki, Rusiya nümayəndə heyəti danışıqlara ciddi yanaşma nümayiş etdirməsə, Ukrayna bunun Rusiya oyunu olduğunu və sülh naminə düşünülmüş iş olmadığı qənaətinə gəlmək haqqına malik olacaq.
 
Xatirə SADIQ