Ukrayna PUA-larla Moskvaya hücum etdi 

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya hücum edən 7 PUA-nı məhv edib. İlkin məlumata görə, dağıntı olmayıb.

Sep 22, 2025 - 21:03
Ukrayna PUA-larla Moskvaya hücum etdi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya hücum edən 7 pilotsuz uçuş aparatını məhv edib. İlkin məlumata görə, heç bir ziyan dəyməyib", - meriyanın Teleqram kanalında dərc olunan bəyanatda deyilir .

O, əlavə edib ki, hadisə yerində təcili yardım xidmətləri işləyir.