“Fənərbağça”nın yeni prezidentinin VİDEOsu yayıldı - Tərəfdarlar şokda
“Fənərbağça” idman klubunun yeni prezidenti, iş adamı Saadettin Saranın 2012-ci ildə klub haqqında dediyi sözlər yenidən gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, S.Saranın 2010-11 sezonunda satılmış oyunlar iddiası ilə bağlı verdiyi açıqlamanın videosu paylaşılıb.
“Satılmış oyunlar vardı. Onu etiraf etməliyik. Bu, mübahisəsiz elədir. Amma bu saatdan sonra olmayacaq. Türkiyə idmanı çox yaxşı yerlərə gələcək. Bu sadəcə idarəçilər və futbolçularla olmayacaq, media da təmizlənməlidir, azarkeşlər də təmizlənməlidir. Bu da başlanğıc kimi Türkiyəyə yarayacaq. Biz bununla cəmiyyət olaraq, idman adamları olaraq təmiz səhifə açıb çox daha yaxşı yerlərə gələ bilmək fürsətini tapacağıq” - S. Saran bildirib.
Xatırladaq ki, Saadettin Saran ötən gün – 21 sentyabrda seçkilərdə Ali Koçu 257 səs fərqlə məğlub edərək “Fənərbağça” klubunun prezidenti seçilib.
Banu