Ali Koç komandanı yola salıb, Lissabonda qalacaq - "Kərəmsiz gəlməyəcəyəm" 

Türkiyənin “Fənərbağça” klubu bu gün Portuqaliya təmsilçisi “Benfika”nın qonağı olacaq. 

Aug 27, 2025 - 13:51
Ali Koç komandanı yola salıb, Lissabonda qalacaq - "Kərəmsiz gəlməyəcəyəm" 

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə təmsilçisinə transferi gündəmdə olan Kərəm Aktürkoğlu ötən gün “Fənərbağça” rəhbərliyinə mesaj göndərərək onsuz İstanbula qayıtmamalarını istəyib. 

Klub rəhbərliyi Kərəmin mesajından sonra planlarında dəyişiklik edib. 

Belə ki, matçdan sonra Türkiyəyə dönəcək olan “Fənərbağça”nın prezidenti Ali Koç və meneceri Hakan Safi Lissabonda qalıb Kərəm Aktürkoğlunun transferini bitirməyi qərara alıblar. 

“Benfika” son anda qərar dəyişməsə, “Fənərbağça” transferi reallaşdıracaq və Kərəm Aktürkoğlu Ali Koçla birgə İstanbula gələcək.

Qeyd edək ki “Fənərbağça” ÇL-in pley-off mərhələsinin cavab oyununda bu gün saat 23:00-da (Bakı vaxtı ilə) “Benfika” ilə qarşılaçacaq. İlk matç heç-heçə ilə nəticələnmişdi.

Banu