Prezident vurulan AZAL təyyarəsi ilə bağlı şok detaldan danışdı - “Qəzadan 2 həftə əvvəl...” + VİDEO
Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bunu Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Prezident 2020-ci ilin 9 noyabrında rus helikopterinin vurulmasından danışaraq, o vaxt Bakının hadisəyə reaksiyası ilə Rusiyanın AZAL təyyarəsinin vurulmasına reaksiyası arasındakı fərqdən bəhs edib:
“Sizə İkinci Qarabağ müharibəsindən bir misal çəkə bilərəm. Müharibənin sonuncu günündə – noyabr ayının 9-da Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki o, orada olmalı deyildi. Çünki otuz il ərzində rus helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı. O, Ermənistandan uçaraq gəlirdi. Helikopteri vuranlar üçün açıq-aydın idi ki, Ermənistan helikopteri ərazimizə daxil olur, ona görə də onlar onu vurdular. Həmin gün mən dərhal Rusiya Prezidentinə zəng etdim və üzrxahlığımı bildirdim. Biz həlak olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz istintaq başlatdıq və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular. Lakin Rusiya tərəfindən belə addımların atıldığını görmədik. Beləliklə, noyabrın 9-da baş verən bu faciəli hadisə və davranışımız bizi Azərbaycana qarşı eyni münasibətin sərgilənməsinə hazır etdi, çünki iki ölkə bir-birini dost adlandırır. Lakin bu, çox təəccüblü idi. Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər”.