Ulduzlar sentyabrın 9-na nə vəd edir? - FAL

Bu günün ulduz falını təqdim edirik.

Sep 9, 2026 - 00:12
Ulduzlar sentyabrın 9-na nə vəd edir? - FAL

Qoç
Bütün işləri bir tərəfə qoyub kənardan baxmağın vaxtıdır. Bu gün emosiyalarla deyil, soyuq başla qərar verməlisiniz. İşdə gözlənilməz gərginlik yarana bilər, amma təmkininizi qorunsanız, qalib tərəf siz olacaqsınız. Cibinizə nəzarət edin, lüzumsuz xərclər qapıdadır.

Buğa
Bəzi gizli məsələlərin üstü açılır. Ətrafınızdakı insanlara qarşı dərhal inam nümayiş etdirməyin, xüsusilə maliyyə mövzularında diqqətli olun. Günün ikinci yarısında xoş bir xəbər əhvalınızı qaldıracaq. Şəxsi həyatda səbirli olmaq tələb olunur.

Əkizlər
Enerjiniz aşıb-daşır, amma bu gücü doğru istiqamətə yönəltmək vacibdir. Eyni anda bir neçə işə başlasanız, yarıyolda qala bilərsiniz. Kiminsə sözü ilə tələsik addım atmayın. Axşam saatlarında dostlarla görüş günün stresini atmağa kömək edəcək.

Xərçəng
Keçmişdə qalan məsələlər yenidən gündəmə gələ bilər. Şəxsi münasibətlərdə lazımsız gərginlik yaratmamaq üçün sözlərinizə fikir verin. İş həyatında yeni imkanlar boy göstərir, şansınızı əldən verməyin. Sağlamlığınıza və yuxu rejimizə xüsusi diqqət yetirin.

Şir
Liderlik keyfiyyətlərinizi göstərmək üçün əla gündür. İşdə irəli sürdüyünüz ideyalar maraqla qarşılanacaq. Amma lovğalıqdan uzaq durun, əks halda həmkarlarınızla aranızda soyuqluq yarana bilər. Axşam saatları gözlənilməz maliyyə gəliri istisna olunmur.

Qız
Detallara çox varırsınız və bu sizi yorur. Bu gün planlaşdırdığınız bəzi işlər ləngiyə bilər, panikaya düşməyin. Hər şeyin öz vaxtı var. Yaxın bir insanın məsləhətinə qulaq asmaq faydalı olacaq. Şəxsi müstəvidə xoş sürprizlər gözlənilir.

Tərəzi
Münasibətlərdə balans bərpa olunur. Diplomatik bacarığınız sayəsində yaranan kiçik münaqişələri asanlıqla həll edəcəksiniz. İşlə bağlı yeni təkliflər ala bilərsiniz, dərhal "hə" deməyin, şərtləri yaxşıca araşdırın. Axşamı özünüzə həsr edin.

Əqrəb
İntuisiyanız bu gün zirvədədir. Sizi aldatmaq istəyənlərin planlarını öncədən hiss edəcəksiniz. Risqli maliyyə əməliyyatlarından uzaq durun. Şəxsi həyatda hisslərinizi açıq ifadə etməkdən çəkinməyin, qarşı tərəf sizdən diqqət gözləyir.

Oxatan
Səyahət və ya yeni biliklər əldə etmək üçün uğurlu zamandır. Günün birinci yarısında sıx qrafik sizi biraz yora bilər. Amma əldə edəcəyiniz nəticə buna dəyəcək. Yaxın çevrənizdəki bəzi insanların səmimiyyətinə təkrar nəzər salmağınızda fayda var.

Oğlaq
Karyera pillələrində irəliləmək üçün vacib bir gündür. Ciddiyyətiniz və məsuliyyətiniz rəhbərliyin diqqətindən qaçmayacaq. Amma işə çox qapanıb ailənizi unutmayın. Axşam saatlarında ailəiçi kiçik bir müzakirə yaşana bilər, anlayışlı olun.

Dolça
Yaradıcı ideyalarınızla seçiləcəksiniz. Standart çərçivələrdən kənara çıxmaq sizə divident gətirəcək. Pul məsələlərində bəxtiniz gətirə bilər, amma borc verməkdən çəkinin. Günün sonunda köhnə bir dostunuzla qarşılaşmağınız mümkündür.

Balıqlar
Xəyal dünyasından real müstəviyə enmək vaxtıdır. Bu gün konkret addımlar tələb olunur. Emosional dalğalanmalar qərarlarınıza təsir etməməlidir. Sağlamlığınıza, xüsusən də immunitetinizə diqqət edin. Axşam saatları sakit şəraitdə dincəlmək sizə yaxşı gələcək.

Aytən
SAVASHMEDİA.az