Ruben Vardanyanın arvadından Alen Simonyana BAKI TƏKLİFİ - "Məni də apar"
Bakıda həbsdə saxlanılan separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana birgə Azərbaycana getməyi təklif edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Veronika Zonabend TŞ katibi Alen Simonyanın Bakıya ehtimal olunan səfəri haqqında xəbərlərdən sonra ona müraciət edib.
O, Bakıda saxlanılan əri və və digər erməniəsilli məhbuslara baş çəkmək üçün onunla birlikdə Azərbaycana getməyə hazır olduğunu bildirib.
Digər erməni məhbusların ailələrinin də analoji istəyini dilə gətirən Zonabend, səfər baş tutarsa, Simonyandan onların da doğmaları ilə görüşünə vasitəçilik etməsini istəyib.
Oğuz