Uşağın zibillikdən tapdığı qumbara evdə partladı, 5 ölü - Ağcabədidə faciə 

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.

Jan 31, 2025 - 08:52
Uşağın zibillikdən tapdığı qumbara evdə partladı, 5 ölü - Ağcabədidə faciə 

SAVASHMEDİA.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.

***

Məlumata görə, hadisə nəticəsində 2 uşaqla anası, babası və dayısı həlak olub. Onların 3-ü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.

***

Məlumata görə, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.

Hadisə nəticəsində ev sahibi ilə yanaşı oğlu, 2 nəvəsi və gəlini həyatını itirib. Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirilməsi iddia edilib.