"Uşaqlar bəs deyildi, hələ nəvələr də var" - Tatlıses mirasını kimə qoyacaq?

Türkiyənin məşhur müğənnisi, “imperator” ləqəbli İbrahim Tatlıses yeni inşaat layihəsinin açılışını edib.

May 16, 2025 - 23:31
May 16, 2025 - 23:33
"Uşaqlar bəs deyildi, hələ nəvələr də var" - Tatlıses mirasını kimə qoyacaq?

SAVASHMEDİA.az xəbər verir ki, açılış mərasimində kabab bişirən müğənni jurnalistlərin suallarını cavablandırıb.

İbrahim Tatlıses jurnalistlərin övladları arasında miras paylaşımı ilə bağlı sualına qəribə cavab verib:

“Ferdi Tayfuru məzara qoymadan var-dövlət davasına başladılar. Allah pulun bəlasını versin. Uşaqlar bəs deyildi, hələ nəvələrim də var. Amma ağlımı itirməmişəm. Bunların ağlını alıb divara çırparam”.

Xatırladaq ki, bir müddət əvvəl Hülya Avşarın proqramında qonaq olan İ. Tatlıses “yenidən dünyaya gəlsəm, uşaq istəmərəm. Vallah, billah uşağım olsun istəmərəm. İndi 7 övladım var. Nəvələrimin sayını bilmirəm. Oğlum İdo əkizlərinin bir yaşı olanda “kupça”larıma göz dikdi. İdo deyirdi ki, səndə “kupça” çoxdur.Pulumu ora-bura, qumara vermirəm. İnvestisiya edirəm” deyib.

Banu