ÜST rəhbəri Yəməndə atəşə tutuldu - “Ekipaj üzvlərindən biri yaralanıb”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus və komandası dekabrın 26-da Yəmənin paytaxtı Səna hava limanında atəşə tutulub.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə ÜST başçısı “X” sosial şəbəkəsində yazıb.
Qebreyesus bildirib ki, hadisə onun komandası ilə birlikdə Sənadan təyyarəyə minmək ərəfəsində baş verib.
“Təyyarəmizin ekipaj üzvlərindən biri yaralanıb”, - deyə ÜST rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, azı iki nəfər həlak olub. Hava limanında atışma nəticəsində dispetçer qülləsi, uçuş-enmə zolağı və uçuş zalı zədələnib.
Qebreyesus özünün və həmkarlarının təhlükəsiz şəraitdə olduğunu vurğulayıb: "Uça biləcəyimizdən öncə hava limanının zədələnmiş yerlərinin təmir olunmasına qədər gözləməliyik”.
Xatirə SADİQ