“Uzak şehir”in çəkiliş heyəti İsrailə görə Mardindən qovulur – Foto

Türkiyənin reytinq rekordları qıran “Uzak şehir” serialının baş rol ifaçıları Ozan Akbaba və Sinem Ünsal təzyiqlərə məruz qalıblar. 

May 23, 2025 - 14:19
“Uzak şehir”in çəkiliş heyəti İsrailə görə Mardindən qovulur – Foto

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Ozanla Sinemin “Coca-cola”nın reklamında oynaması və sosial media hesablarında paylaşmaları olub. 

Serialın çəkildiyi Mardin şəhərinin (Midyat) əhalisi onları İsrailə dəstək verməkdə günahlandırıb və bütün çəkiliş heyətinin Mardindən qovulmasını istəyiblər. 

Hətta Midyatın təhsil üzrə bölgə sədri Hüseyin Yücel serialın Midyatda çəkilməsinə qadağa qoyulmalı olduğunu bildirib:

“İlçəmizdə çəkilən və bütün xalqın bağrına basdığı bu serialı artıq Midyatda istəmirik. Bu şəhər (Mardin-red) ağrı qarşısında susanı da,  üç qəpiklik sponsorluq naminə vicdanını satanları da qəbul etməyəcək. Bu serial artıq xalqımıza adı kimi “Uzaq”dır”.

Qeyd edək ki, İsrailin Qəzzada başladığı antiterror əməliyyatından sonra Türkiyədə İsrail malları boykot olunub. Onlardan biri də “Coca-cola”dır.

Banu

Fotoda: Ozan Akbaba və Sinem Ünsal