Vanqanın dollarla bağlı şok proqnozu - Hamı qırmızı pula keçəcək
Həyatı boyu qırmızı əjdahanın gücündən və Amerikanın süqutundan danışan məşhur görücü Vanqanın proqnozları dərc edilib.
SAVASHMEDİA.az lent.az-a istinadən xəbər verir ki, Vanqa Çin haqqında heç təsəvvürü belə olmadan Rusiya ilə sıx əməkdaşlıq edəcəyini proqnozlaşdırıb.
O, həmçinin Amerikanı gözləyən tənəzzüldən danışıb.
Vanqanın dediklərini və hazırkı vəziyyəti təhlil edən ekspertlər Rusiya, Hindistan və Çin arasında əlaqələrin gücləndiyini qeyd edirlər.
Dövlətlərin gücü haqqında soruşduqda Vanqa cavab verib ki, o, Amerikanı görmür.
"O, gedəcək, parçalanacaq" deyən görücü buna əmin olub.
Vanqa hakimiyyətin "qırmızı pula" keçməsini də qeyd edib. O, ola bilsin ki, dollar öz gücünü itirərkən getdikcə güclənən Çin yuanını nəzərdə tutub.
Ekspertlər Vanqanın sözlərini öyrənməyə və beynəlxalq siyasi arenada baş verənləri izləməyə davam edirlər.