"Vaşinqtona gəlib sazişi imzalamasa, Zelenskiyə pul yoxdur" - ABŞ
Vladimir Zelenski saziş bağlamaq üçün Vaşinqtona gəlməyincə ABŞ Ukraynaya pul ayırmaq niyyətində deyil.
SAVASHMEDİA.az Fox News-a istinadla xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lutnik deyib.
ABŞ-nin maliyyə naziri Scott Bessent isə açıq şəkildə bəyan edib ki, Volodimir Zelenski ABŞ ilə iqtisadi saziş imzalamalı və Kiyev ilə Vaşinqton arasında ziddiyyətlərin olmadığını nümayiş etdirməli idi, lakin o, dalaşmaq yolunu seçdi.
Oğuz