Vəkili Adnan Əhmədzadəni "ələ verdi" - İzlər Mikayıl İsmayılova aparır?

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə bağlı istintaq davam edir. 

Sep 28, 2025 - 13:34
Vəkili Adnan Əhmədzadəni "ələ verdi" - İzlər Mikayıl İsmayılova aparır?

Onun adı enerji sektorunda ən qalmaqallı proseslərlə, qanunsuz neft ticarəti və şübhəli maliyyə əməliyyatlarında hallanır. Adnan Əhmədzadənin həbsindən sonra gündəmə gələn faktlar isə işin yalnız iqtisadi tərəfləri ilə məhdudlaşmır.

Məlumatlara görə, Adnan Əhmədzadənin SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovla yaxın əlaqələri olub. Hətta bu xətt üzrə əlaqələrin davam etdiyi bildirilir, müəyyən biznes bağlarının mövcudluğu barədə iddialar dolaşır. 

Məsələni maraqlı edən digər detal isə Adnan Əhmədzadənin müdafiəçisi, vəkil Şaiq Mirzəyevlə bağlıdır. 

Belə ki, hazırda dövlət qurumunda rəhbər vəzifə tutan Şaiq Mirzəyev vaxtilə “Az-Qranata” MMC-nin baş direktoru olub. 

Həmin şirkətin də Mikayıl İsmayılova və ailəsinə məxsusluğu haqda mediada dəfələrlə məlumatlar yayımlanıb. Şaiq Mirzəyev bu gün də Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin qalmaqallı atalıq işində vəkilidir.

Musavat.com

Fotoda Mikayıl İsmayılov