Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTO
Şəhid Nicat Nəsibovun atası Səməd Nəsibov vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, Səməd Nəsibov Birinci Şıxlı kənd tam orta məktəbində direktor müavini kimi fəaliyyət göstərib.
Onun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib.
Xatırladaq ki, Nicat Nəsibov 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 27 oktyabrda şəhid olan N. Nəsibov Qazax rayonunun Birinci Şıxlı kəndində dəfn olunub.
N. Nəsibov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Banu
Fotoda: Şəhid Nicat Nəsibov və atası Səməd Nəsibov