Viktor Orban Donald Trampa yardım edir? – “Politico”nun iddiası
ABŞ prezidentliyinə namizəd Donald Trampa kömək etmək məqsədilə Macarıstanın baş naziri Viktor Orban Rusiyaya qarşı sanksiyaların uzadılmasına razılıq verməkdən imtina edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddianı “Politico” nəşri irəli sürüb.
Nəşr yazır ki, Orbanın bu addımı Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 50 milyard dollar kreditin ayrılmasını çətinləşdirir. Belə ki, Macarıstan məhz ABŞ-də keçiriləcək prezident seçkiləri ərəfəsində Avropa İttifaqının (Aİ) Ukraynanın dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə krediti ödəməsinə dair qərarını təsdiqləməmək qərarına gəlib.
Nəşr qeyd edib ki, hazırda Vaşinqton israr edir ki, Aİ sanksiyaların uzadılması müddətini ən azı 36 aya qədər uzatmalıdır. Mövcud qaydalara görə, Aİ sanksiyaları altı aydan bir yenilənməlidir. Bütün digər liderlər ABŞ-ın tələb etdiyi kimi sanksiyaların uzadılması müddətinin 36 aya qədər uzadılmasının tərəfdarı olsalar da, Orban bundan imtina edir.
Xatirə SADİQ