Yaraları sağaldır, dərinin qocalmasının qarşısını alır, qaraciyərin dostudur – İtburnu 

İtburnu xalq təbabətində geniş istifadə olunur. Qızılgül fəsiləsinə daxil olan itburnunun tərkibi C,A,E,B qrup vitaminləri, flavonoidlər, polifenollar, petkinlər, üzvü turşular (alma,limon), kalsium, kalium, dəmir, maqneziumla zəngindir. 

May 15, 2025 - 21:01
Yaraları sağaldır, dərinin qocalmasının qarşısını alır, qaraciyərin dostudur – İtburnu 

SAVASHMEDİA.az itburnunun faydalarını oxucularının diqqətinə çatdırır:

İmmunitet sisteminin möhkəmləndirir

İtburnu portağal və limondan 40 dəfə çox C vitamini ilə zəngindir. Buna görə də o, immun hüceyrələrinin fəaliyyətini artırır, bədənin mikroblara qarşı müqavimətini yüksəldir. Soyuqdəymə, qrip və infeksiyalara qarşı profilaktika kimi istifadə olunur.

İltihab və oynaq ağrılarını aradan qaldırır

Araşdırmalar göstərib ki, itburnu revmatizm və osteoartrit ağrılarını azalda bilir.Tərkibindəki flavonoidlər və polifenollar iltihabı azaldır, oynaqlarda şişkinlik və sərtliyi götürür.

Həzm sistemi üçün faydalıdır

İtburnu bağırsaqların hərəkətini artırır, yüngül qəbizlikdə faydalıdır. Pektinlər və liflər bağırsaqları təmizləyir. Qaraciyər və öd kisəsinin fəaliyyətini stimullaşdırır.

Dəri üçün xeyirlidir

Tərkibindəki beta-karoten və A vitamini dərini qidalandırır və cavanlaşdırır. İtburnu yağı (xüsusilə kosmetik sahədə) yara və çapıqların sağalmasına, dəridəki ləkələrin azalmasına kömək edir.Dərini nəmləndirir, günəş yanığına qarşı təsirlidir. C vitamini kollagen istehsalını artırır, bu da dərinin elastikliyini qoruyur və qocalma əlamətlərini gecikdirir.

Qan dövranı və ürək sağlamlığı

Tərkibindəki antioksidantlar damarların elastikliyini qoruyur və qanın axıcılığını yaxşılaşdırır.Qan təzyiqini tənzimləməyə kömək edir.Xolesterol səviyyəsini salmağa kömək edir.

Mədə üçün faydalıdır

İtburnu çayı mədə turşuluğunu tənzimləyir, mədədəki yanma, qıcqırma hissini aradan qaldırır.

Sidikqovucu və təmizləyici təsir

Orqanizmdən toksinlərin atılmasına kömək edir və böyrəklərin fəaliyyətini dəstəkləyir.

Banu