“Yiyəsiz qəbiristanlığa oxşayır” – Rasim Balayev

Xalq artisti Rasim Balayev Cəfər Cabbarlı adına Kinostudiya ilə bağlı açıqlama verib.

May 15, 2025 - 22:55
May 15, 2025 - 22:56
“Yiyəsiz qəbiristanlığa oxşayır” – Rasim Balayev

SAVASHMEDİA.az xəbər verir ki, R. Balayev deyib ki, kinostudiyanı yenidən ayağa qaldırmağa çalışırlar:

"Kino ittifaqının birinci katibi kimi çalışırdım. 2013-cü ildə istefa verdim və 9 il evdə oturdum. Bu, mənim üçün uzun  müddət idi. Çəkiləsi olsaydım, o müddətdə çox filmdə oynaya bilərdim. Amma filmlər çəkilmirdi, bu illər boşa getdi. Sonradan dəvət etdilər, seçki oldu, seçdilər, mən də İttifaqda çalışıram. Çox təəssüf ki, həmin ab-hava yoxdur. Cəfər Cabbarlı adına Kinostudiyada 1200 adam çalışırdı. İndi 30-35 adam işləyir. Gedirsən, yiyəsiz qəbiristanlığa oxşayır, ürəyim xarab olur. Çünki 17 yaşıma qədər ata evində böyümüşəm, sonra universitetə qəbul olunmuşam, 50 ilə qədər ömrümü kinoda keçirmişəm. Çalışırıq ki, kinostudiya işə düşsün, yeni filmlər çəkilsin. Hələ ki əlləşirik".