Yolka yandırıldı, xristian suriyalılar silahlanaraq küçələrə çıxdı - Dəməşqdə GƏRGİNLİK
Naməlum şəxslərin Həma yaxınlığındakı Suqeylabiya qəsəbəsində quraşdırılmış yolka ağacını yandırmasından sonra suriyalı xristianlar etiraz aksiyaları keçiriblər.
SAVASHMEDİA.az “The Guardian”a istinadla bildirir ki, bir qrup suriyalı xristian odlu silah və bıçaqlarla silahlanaraq paytaxt Dəməşq küçələrinə çıxıblar.
Nəşr etirazçılardan sitat gətirib: “Ölkəmizdə adət etdiyimiz kimi xristian inancına görə yaşamağa icazə verilmirsə, deməli, biz artıq bura aid deyilik”.
Etirazçılar iddia edib ki, yeni il ağacı suriyalılar tərəfindən deyil, Orta Asiyadan gəlmiş silahlılar tərəfindən yandırılıb.
Onlar bütün miqrantların Suriyadan çıxarılmasını tələb ediblər.
Suriyanın yeni hakimiyyəti isə bayrama qədər bu işdə əli olanların tapılaraq cəzalandırılacaqlarını vəd edib.
Oğuz