"Yox! Daha heç nə deməyəcəyəm, bu, dəhşətdir" - Zalujni qatarda rastlaşdığı falçıdan yazdı 

Ukraynanın keçmiş baş qərargah rəisi, hazırda bu ölkənin Böyük Britaniyadakı səfiri vəzifəsini tutan Valeri Zalujni memuarında həyatının maraqlı anlarını qələmə alıb.

Dec 31, 2024 - 21:14
Dec 31, 2024 - 21:40
"Yox! Daha heç nə deməyəcəyəm, bu, dəhşətdir" - Zalujni qatarda rastlaşdığı falçıdan yazdı 

SAVASHMEDİA.az xarici KİV-ə istinadla xəbər verir ki, kitabda 25 yaşında bir falçının ona “böyük müharibədə başçı olacağını” söylədiyini təsvir edib.

General qeyd edib ki, həmin vaxt o, Odessa Ali Birləşmiş Hərbi Məktəbini bitirmişdi və Novqrad-Volınskiyə, doğma şəhərindəki evlərinə qayıdırmış. Qatarda o, falçı qadınla rastlaşıb.

"Səslər eşidirəm, ağlaşma, uşaqların fəryadı. Sənin əcdadların da döyüşüb. Sənin qanında döyüşçülərin qanı var. Amma sən ailəndəki və nəsilindəki bütün hərbçilərdən fərqlisən", - falçı deyib. 

Falçı Zalujninin gözlərinə baxaraq belə davam edib: "Yox! Mən daha sənə heç nə demək istəmirəm. Yox. Bu, mümkün deyil". 

Sonra qadın başını əlləri ilə tutub, gələcəyini görmək istəyən gələcək general isə israrla ondan nə gördüyünü soruşub:

"İllər sonra bir müharibə görürəm. Qorxunc bir müharibə olacaq. Sən bu qorxunc müharibənin əsas adamlarından olacaqsan".

Oğuz