Yüksəkvəzifəli məmur 17-ci mərtəbədən yıxıldı - Bədəlovun ölümünün şok təfərrüatı - FOTO

“Transneft” şirkətinin vitse-prezidenti Andrey Bədəlov Moskvanın Rublevskoye şossesindəki yaşayış binasının 17-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.

Jul 4, 2025 - 15:11
Jul 4, 2025 - 15:41
Yüksəkvəzifəli məmur 17-ci mərtəbədən yıxıldı - Bədəlovun ölümünün şok təfərrüatı - FOTO

SAVASHMEDİA.az bu barədə TASS və RİA Novosti agentliklərinə istinadən xəbər verir. 

“Bədəlovun meyiti Rublevskoe şossesində evin pəncərələrinin altında tapılıb. Onun özünü 17-ci mərtəbədən atdığı güman edilir”, - TASS bildirib. 

Hadisə ilə bağlı araşdırma aparılır.

“İlkin məlumata görə, Bədəlov bu gün səhər (4 iyul – red.) mənzilinin pəncərəsindən düşüb”, - RİA Novosti qeyd edib.

“Baza” Telegram kanalının məlumatına görə, korporasiyanın top meneceri binanın 10-cu mərtəbəsində yaşayıb, amma 17-ci mərtəbənin eyvanından yıxılıb.

Bədəlovun 62 yaşı var idi. O, 2021-ci ildən “Transneft”də işləyirdi. Rəqəmsal transformasiya və informasiya texnologiyaları məsələlərinə nəzarət edirdi.

Qeyd edək ki, 90-cı illərdən bəri Rusiyada müxtəlif rütbəli məmurların və digər nüfuzlu şəxslərin pəncərədən “yıxılması”, “özünü asması” və ya “özünü güllələməsi” ilə bağlı insidentlər baş verməkdədir.

Xatirə SADİQ

Fotoda: Andrey Bədəlov