Zelenski Ankarada Krım tatarları ilə görüşdü

“Ukrayna diplomatik yollarla müvəqqəti işğal olunmuş əraziləri qaytarmaq imkanını əldə etməyə çalışır, çünki bu, ona ən qiymətli şeyi – insan resurslarını qoruyub saxlamağa imkan verəcək”. 

Feb 18, 2025 - 16:09
Zelenski Ankarada Krım tatarları ilə görüşdü

SAVASHMEDİA.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Ankarada ukraynalı və Krım tatar icmaları ilə görüşündə deyib.

“Prezident kimi mən Konstitusiyanın təminatçısıyam. Biz Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdən heç birini Rusiyanınkı kimi tanıya bilmərik. Onlar Ukraynanın olacaqlar və heç bir güzəşt ola bilməz. Çox istərdik ki, ərazilərimizi diplomatik yollarla qaytarmaq imkanımız olsun, çünki adamlarımızı itirməməyimizi çox istəyirik, çünki onlar Ukrayna ən qiymətlidirlər”, - deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, müharibənin dayandırılmasında maraqlı olan bütün tərəflər, vasitəçilər, həmçinin Rusiya başa düşməlidir ki, Ukrayna diplomatiyadan danışanda, Ukraynaya ədaləti qaytarmaq üçün qansız yoldan danışır. 

O, əlavə edib ki, diplomatik yol maraqların təslim olmasını və ya dövlətin suverenliyini pozmağı nəzərdə tutmur: “Diplomatiya dövlətimizin maraqlarının və suverenliyinin təslim olması demək deyil”. 

Prezident xatırladıb ki, Rusiya Ukraynaya hücum edib, ukraynalıların silaha sarılmaq və torpaqlarını müdafiə etməkdən başqa çarəsi olmayıb.

“Orada heç bir diplomatiya yox idi. Rusiya hücuma keçdi və ukraynalılar silaha sarıldılar və öz dövlətlərini dünyanın heç bir ölkəsindən kömək almadan müdafiə etməyə başladılar. Həmin anda heç kim Ukraynaya kömək etmədi. Sonra hamı görəndə ki, Putin bizim dövlətimizi ələ keçirə bilməyəcək, bizim xalqımız, hərbçilərimiz heç yerə getməyəcək, Ukrayna prezidenti heç yana qaçmadı, ancaq onda hamı başa düşdü ki, Ukraynaya kömək etmək lazımdır. Yalnız onda müxtəlif ölkələrdən müxtəlif həcmdə Ukraynaya yardım başladı”, - deyə Zelenski söyləyib.

Xatirə SADİQ