Zelenski Ciddədə belə qarşılandı - Video

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və ABŞ rəsmiləri arasında danışıqlardan əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.

Mar 11, 2025 - 21:57
Zelenski Ciddədə belə qarşılandı - Video

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Görüşdə vəliəhd şahzadə Ukrayna böhranının həlli və sülhün əldə edilməsi üçün beynəlxalq səylərə krallığın dəstəyini vurğulayıb.

Zelenski öz növbəsində Krallığın səylərinə görə minnətdarlığını və təşəkkürünü bildirib, onun Yaxın Şərqdə və ondan kənarda mühüm rolunu qeyd edib.