Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır - VİDEO

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır.

May 9, 2025 - 19:42
Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə aparıcı Zaur Baxşəliyev bildirib.

"Uzun müddət əvvəl Azərbaycandan gedib. Niyə görə gedib? Küsüb gedib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsə də qəbul etmir, gizlənir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Mirzəyeva Ceyhun qızı" - aparıcı vurğulayıb.

Qeyd edək ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad" olub. O, 1993-cü il martın 5-də vəfat edib.

(Qaynarinfo)