Kondisioneri yay rejiminə necə keçirmək olar? – Sadə izah
Qarşıdan yay ayları gəlir. Qızmar yay günlərində istidən qurtulmağın yeganə yolu kondisionerdən istifadədir. Bunun üçün isə kondisioneri yay rejiminə keçirməliyik.
SAVASHMEDİA.az kondisioneri yay rejiminə keçirməyin üsulunu təqdim edir.
Bunun üçün əvvəlcə kondisionerin iş rejimini bilmək lazımdır:
COOL – kondisionerin soyutma rejimi
HEAT – kondisionerin isitmə rejimi
DRY – rütubətsizləşdirmə rejimi. Çox rütubətli yerlərdə soyutma prosesi başlamazdan əvvəl aktivləşdirmək lazımdır.
AUTO – avtomatik rejim. Yəni kondisioner isitmə və soyutma rejimlərini avtomatik seçir.
FAN - ventilyator rejimi deməkdir. Kondisioner ventilyator rejimində işləyəcək.
Pultdakı düymələrin mənası
POWER və ya ON/OFF (Güc) – kondisioneri yandırıb söndürür.
MODE (Rejim) – kondisionerin iş rejimidir. Bu düyməni basmaqla isti,soyuq,rütubətsiz,ventilyator rejimini seçə bilərsiniz.
FAN SPEED (Ventilyator sürəti) – Bu düyməni sıxaraq ventilyatorun sürətini seçə bilərsiniz.
TEMP (temperatur, dərəcə) – Aşağısındakı iki yanaşı düymə ilə dərəcəni artırıb-azalda bilərsiniz.
SWING (Yelləncək) – Bu düyməni sıxmaqla kondisionerin önündə yerləşən kiçik qapaqcıq açılıb örtüləcək. Bu da isti və ya soyuq hava axımının seçiminizə görə yuxarı,aşağı və ya ortaya vurmasını tənzimləyəcək.
SLEEP (Yuxu) – Bu düyməni işə salmaqla siz yatdıqdan sonra kondisionerin həmin an olduğu dərəcədən bir dərəcə yuxarı işləməsini təmin etmiş olacaqsınız.
TİMER (zamanlama) bu düymə ilə siz kondisionerinizin saat neçəyə qədər işləyəcəyini seçmiş olursunuz.
Kondisioneri yay rejiminə keçirmək üçün əvvəlcə POWER və ya ON/OFF düyməsini sıxaraq kondisioneri işlək duruma gətirirsiniz. Sonra MOOD düyməsini basaraq COOL rejimini seçirsiniz. Bununla da sizin kondisioneriniz yay rejiminə keçmiş olur.
Banu