Zelenski dünya liderlərinə müraciət etdi – “Bizə “Patriot” verin”

“Rusiyanın növbəti kütləvi hücumu zamanı Ukraynaya 93 raket atılıb, onlardan 81-i, o cümlədən 11 qanadlı raket F-16 qırıcıları sayəsində vurulub”. 

Dec 13, 2024 - 15:03
Zelenski dünya liderlərinə müraciət etdi – “Bizə “Patriot” verin”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə danışıb.

Rusiya ordusunun 200-ə yaxın drondan istifadə etdiyini də vurğulayan Zelenski bu hücumu Ukraynanın enerji sektoruna vurulan ən miqyaslı zərbələrdən biri adlandırıb. 

“Bu, Putinin “sülh” planıdır – hər şeyi məhv etmək. O, milyonlarla insanı terror etməklə “danışıqlar” istəyir”, - deyə Zelenski əlavə edib. 

O, növbəti dəfə dünya liderlərini kütləvi hücuma cavab vermək üçün Ukraynanı müasir hava hücumundan müdafiə sistemləri, xüsusən də raketləri effektiv şəkildə ələ keçirmək üçün “Patriot” sistemləri ilə təmin etməyə çağırıb və Rusiyanın silah istehsal imkanlarını məhdudlaşdırmaq üçün ona qarşı sanksiyaların gücləndirilməsinin vacibliyini vurğulayıb.

“O, (Putin – red) nə uzaq məsafədə, nə də raketlərin istehsalı üçün lazımi komponentlərin alınmasında məhdudlaşdırılmayıb. Cəzasızlığa inanmaq üçün neft Putinə kifayət qədər pul verir. Dünyanın güclü reaksiyası lazımdır: kütləvi zərbəyə - kütləvi reaksiya. Yalnız bu cür terror dayandırılır”, - deyə Zelenski nəzərə çatdırıb. 
 
Xatirə SADİQ