"Zelenski ilə təxminən 1 saat danışdım" - Trampdan açıqlama

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə apardığı telefon danışığının yekunlarına dair açıqlama verib.

Mar 19, 2025 - 20:38
Mar 19, 2025 - 20:39
"Zelenski ilə təxminən 1 saat danışdım" - Trampdan açıqlama

SAVASHMEDİA.az xəbər verir ki,Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“İndicə Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığı başa çatdı. Söhbətimiz təxminən bir saat davam etdi. Müzakirələrimizin çox hissəsi Rusiya və Ukraynanın tələb və ehtiyaclarını əlaqələndirmək üçün Prezident Putinlə dünənki söhbətə əsaslandı. Biz çox yaxşı irəliləyiş əldə edirik və mən dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə köməkçisi Maykl Ualtsdan müzakirə olunan məsələləri dəqiq təsvir etməyi xahiş edəcəyəm. Bu bəyanat tezliklə dərc olunacaq”, - deyə Tramp bildirib.

O qeyd edib ki, Zelenski ilə danışmaqda məqsədi Rusiya və Ukraynanın mövqelərini daha da yaxınlaşdırmaqdır.

Oğuz