Tramp Azərbaycan kanalının videosunu PAYLAŞDI - VİDEO
ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial media hesabında İrandakı etirazlarla bağlı Azərbaycanın Kanal 13 YouTube kanalından video paylaşıb.
SAVASHMEDİA.az xatırladır ki, Kanal 13-ün rəhbəri Əziz Orucov 27 noyabr 2023-cü ildə həbs edilib.
O, torpaq sahəsində icazəsiz tikinti aparmaqda ittiham olunurdu. Səbail Rayon Məhkəməsi onu iki il müddətinə azadlıqdan məhrum edib.
Noyabrın 27-də Orucovun həbs müddəti başa çatıb və o, Ədliyyə Nazirliyinin 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
Oğuz