Zelenski Krımdan və Donbasdan imtina edir? - "Blomberg"
Vaşinqton və Moskva gələn həftə Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüşdə təqdim oluna biləcək razılaşma üzərində işləyirlər.
SAVASHMEDİA.az "Bloomberg"ə istinadla xəbər verir ki, ABŞ və Rusiya Kremlin Krım və bütün Donbas üzərində nəzarətini təmin edəcək həll variantına dair razılaşmanı müzakirə edirlər.
Ukrayna Krımın və bütün Donbasın Rusiya tərəfindən işğalını tanıyacaq. Ukrayna eyni zamanda qoşunları Kiyevin nəzarətində olan Luqansk və Donetsk vilayətlərindən çıxaracaq.
Bunun müqabilində Rusiya indiki cəbhə xətti boyunca Xerson və Zaporojye bölgələrində hücumunu dayandıracaq.
Saziş faktiki olaraq müharibəni donduracaq və texniki sülh danışıqlarına yol açacaq.
Oğuz