"Zelenski Trampın üzünə tüpürdü, onu lağa qoydu" - Cim Ferguson

“Volodimir Zelenski ABŞ prezidentinin üzünə tüpürdü”.

Dec 10, 2025 - 23:56
"Zelenski Trampın üzünə tüpürdü, onu lağa qoydu" - Cim Ferguson

SAVASHMEDİA.az xəbər verir ki, bunu britaniyalı siyasətçi Cim Ferguson deyib.

“Zelenski sülh səylərini məhv etdi. Donald Tramp son bir ilini sonu olmayan müharibə maşını ilə mübarizəyə həsr etdi. Zelenski sülh üçün güzəştə getməməklə D.Trampı lağa qoydu. O, siyasi olaraq  Trampın üzünə tüpürdü” – Ferguson bildirib.

Siyasətçi Ukraynanın sülhü qəbul etməməsində Qərbi də günahlandırıb:

“ABŞ Avropaya Ukraynadakı vəziyyəti həll etmək üçün imkan verdi. Onlar isə sülhü yox, döyüş meydanını seçdilər. Bu müharibəyə görə artıq Avropa məsuliyyət daşıyır”.

Banu