Zelenskinin Trampı qəzəbləndirəcək FOTOSU - Kanslerlə görüşdə nə geyinib?

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada Kansler Fridrix Mertslə görüşüb.

May 29, 2025 - 14:16
Zelenskinin Trampı qəzəbləndirəcək FOTOSU - Kanslerlə görüşdə nə geyinib?

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin əsas mövzu olduğu görüşdə birgə silah istehsalına dair qərar açıqlanıb və raket məsafəsi məhdudiyyətinin aradan qaldırıldığı bildirilib.

Bunlar gözlənilən olsa da, Zelenskinin bu görüşə kostyum geyinməsi sürpriz olub. 

Ukrayna prezidentinin bu görüş üçün seçilmiş qara rəngli köynək, şalvar və pencəyi rəsmi geyim ab-havası yaradıb. Lakin Zelenski yenə də idman ayaqqabısından vaz keçəməyib. 

Zelenskinin geyimi maraqla qarşılanıb. Çünki o, Ukraynada müharibə başlayan gündən etibarən rəsmi görüşlər də daxil heç bir görüşə pencək və ya kostyum geyinməyib. Zelenski bu müddət ərzində həmişə hərbi geyimdə olub. 

Hətta Zelenski ABŞ Lideri Donald Trampın təkidinə rəğmən belə onunla görüşə konstyumda getməyib.

Zelenskinin Mertslə görüşdə rəsmi geyinməsi Almaniya Kanslerinə dərin hörmətin əlaməti kimi qiymətləndirilib.

Vəsilə İbrahim