30 yaşına qədər sağalarlarsa, əsgər gedəcəklər - Prezident İMZALADI

Azərbaycanda Ehtiyatda olan vətəndaşların tibbi müayinə məsələlərinə də yenidən baxılıb.

Apr 15, 2026 - 23:22
30 yaşına qədər sağalarlarsa, əsgər gedəcəklər - Prezident İMZALADI

SAVASHMEDİA.az bildirir ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə edilən yeni dəyişikliyə əsasən, xəstəlik səbəbindən xidmət keçmədən ehtiyata buraxılan şəxslər 30 yaşına qədər yenidən müayinə oluna bilərlər. 

Əgər tibbi komissiya onların xidmətə yararlı olduğunu müəyyən edərsə, həmin şəxslər yenidən çağırışçı statusuna qaytarılır və ümumi qaydada hərbi xidmətə cəlb olunurlar. Bu prosesə cəlb olunan həkimlərin və tibbi heyətin iş yerlərindəki orta aylıq əməkhaqlarının saxlanılması da qanunla zəmanət altına alınıb.

Yəni vaxtilə xəstəliyə görə xidmət etməyənlər 30 yaşına qədər sağalarlarsa, yenidən əsgər getməli olacaqlar. (demokrat)