"Trampa boyun əyməyəcəyəm" - Kir Starmer
Böyük Britaniyanın Baş naziri Kir Starmer parlamentdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp tərəfindən edilən təzyiqlərə cavab olaraq sərt mövqe nümayiş etdirib.
O bildirib ki, İranla mümkün müharibəyə qoşulmaq məsələsində qərarı dəyişməyəcək və xarici təzyiqlərə boyun əyməyəcək.
“Mən fikrimi dəyişməyəcəm, təzyiqlərə boyun əyməyəcəm. Bu müharibəyə qoşulmaq milli maraqlarımıza uyğun deyil və biz bunu etməyəcəyik”, - Starmer bildirib.
Baş nazirin sözləri Donald Trampın ABŞ-ın ehtiyac yarandığı zaman Britaniyadan gözlənilən dəstəyi almaması ilə bağlı açıqlamasına cavab kimi qiymətləndirilir.
Oğuz
SAVASHMEDİA.az