Tramp Qrenlandiyanı satın almağı müzakirə edir

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik qrupu ilə Qrenlandiyanın alınmasını müzakirə edir.

Jan 7, 2026 - 23:35
Tramp Qrenlandiyanı satın almağı müzakirə edir

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinqdə bildirib.

O, ABŞ-nin Arktika bölgəsində Rusiya və Çinin aqressiv hərəkətlərinin qarşısını almaq üçün Qrenlandiyaya ehtiyacı olduğunu deyib: "Trampın komandası indi potensial alışın necə ola biləcəyini müzakirə edir. Qrenlandiya ABŞ-yə Arktika bölgəsi üzərində daha çox nəzarətə imkan yaradacaq. Bunun bir çox başqa faydaları da var".

Qeyd edək ki, Tramp iki gün öncə ABŞ və Aİ-nin milli təhlükəsizliyi üçün Qrenlandiyaya sahib çıxmağın vacibliyini vurğulayıb. O iddia edib ki, adaya nəzarət edən Danimarka onun təhlükəsizliyini təmin edə bilmir, Çin və Rusiya gəmiləri isə artıq adanı mühasirəyə alıb.

Orxan