“9990” və “7770” nömrələrindən gələn zənglər məlumatları oğurlayır? - DİN-dən AÇIQLAMA
Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev iddialarla bağlı açıqlama verib.
Onun fikirlərini təqdim edirik:
"Daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.
Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək".
Oğuz