“ABŞ Dövlət Departamenti aydın bəyanat versin!” – Helsinki Komissiyası

“Əgər Dövlət Departamenti bu seçkilərin həqiqətən fırıldaq olduğunu və gürcü xalqının iradəsini əks etdirmədiyini təsdiq edərsə, o zaman bu barədə aydın bəyanat verməlidir”. 

Oct 28, 2024 - 11:07
“ABŞ Dövlət Departamenti aydın bəyanat versin!” – Helsinki Komissiyası

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ Helsinki Komissiyası bəyanat yayıb.

Helsinki Komissiyası həmçinin Gürcüstanın dövlət başçısının bəyanatına münasibətini açıqlayıb: 

“Prezident Zurabişvili Gürcüstanda keçirilən seçkilərin qanuniliyi ilə bağlı ciddi narahatlığını bildirib. İstər seçki günündən əvvəl, istərsə də seçki günü seçicilərin və vətəndaş cəmiyyətinin qorxudulması və təqib edilməsi, həmçinin seçicilərin məxfiliyinin pozulması ilə bağlı mötəbər məlumatlar yayılıb”.

Xatirə SADİQ