ABŞ Gürcüstan hakimiyyətini hədələdi - "Tədbir görəcəyik"

“Birləşmiş Ştatlar Gürcüstan xalqını və onların Avro-Atlantik inteqrasiya istəklərini dəstəkləyir və “Gürcü arzusu”nun qeyri-demokratik addımlarına cavab olaraq əlavə tədbirlər görməkdən çəkinməyəcək”.

Nov 5, 2024 - 17:29
Nov 5, 2024 - 17:48
ABŞ Gürcüstan hakimiyyətini hədələdi - "Tədbir görəcəyik"

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller noyabrın 4-də keçirdiyi brifinqdə bildirib.

Miller Gürcüstan hakimiyyətinin hərəkətlərinə cavab olaraq ABŞ Dövlət Departamentinin atdığı addımları bir daha xatırladıb: “Bildiyiniz kimi, biz Gürcüstan hökumətinə göstərdiyimiz əhəmiyyətli miqdarda yardımı nəzərdən keçiririk və biz 95 milyon dollarlıq yardımı dayandırmışıq”.

Əlavə tədbirlərin zəruri olub-olmadığını qiymətləndirməyə davam edəcəklərini vurğulayan Miller ölkəsinin hansı əlavə sanksiyaların tətbiq edə biləcəyi ilə bağlı hələlik heç nə deyə bilməyəcəyini söyləyib.

Xatirə SADİQ