Qroznıda saxlanılan yüzlərlə kişiyə iki seçim imkanı verilib  – Ya cəbhəyə getmək, ya da...

Çeçenistanda Rusiya Qvardiyasının yük maşınına silahlı hücumdan sonra kişilər kütləvi şəkildə saxlanılır. 

Nov 5, 2024 - 17:23
Qroznıda saxlanılan yüzlərlə kişiyə iki seçim imkanı verilib  – Ya cəbhəyə getmək, ya da...

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Memorial” İnsan Hüquqları Mərkəzinə istinadən “Azadlıq Radiosu” məlumat yayıb. 

Mərkəzin məlumatına görə, Qroznı vilayətində yüzlərlə insan saxlanılıb. Polis şöbələrində onlara seçim təklif olunur: ya cəbhəyə getmək, ya da barələrində cinayət işi açılacaq. Yaxınları məhbusların vəziyyətinin pisləşməsindən qorxduğundan, baş verənlərin təfərrüatlarını öyrənmək çətindir.

“Memorial” belə həbslərdən birinin təfərrüatlarını öyrənə bilib. “Son bir həftə ərzində Arqun şəhərinin polisi 82 yaşlı anası ilə birlikdə yaşayan 42 yaşlı əlil Rizvan Batırovun evinə bir neçə dəfə gəlib. Dördüncü gəlişdə silahlı əməkdaşlar həyəti mühasirəyə alaraq Batırovu anasının gözü qarşısında döyüblər və polis bölməsinə aparıblar. Qohumlarına bildiriblər ki, Batırovun telefonunda “anti-çeçen qanunu” nəsə tapılıb. İndi onun başına nə gəldiyi məlum deyil”, - deyə “Memorial” yazıb.

Xatırladaq ki, oktyabrın 24-də Qroznı vilayətində Rusiya Qvardiyasının karvanına atəş açılıb. Hadisə nəticəsində bir nəfər ölüb, digəri yaralanıb. Hücum edənlər qaçıblar və hələ də tapılmayıblar. 

Xatirə SADİQ