Kirayə pulunu verə bilmədi, evdən qovuldu, küçədə öldü - "Quran"ın tərcüməçisi idi + FOTO

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib.

Oct 22, 2025 - 22:06
Kirayə pulunu verə bilmədi, evdən qovuldu, küçədə öldü - "Quran"ın tərcüməçisi idi + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib.

Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə o bir illik kirayə haqqını ödəməmişdi.

Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və "Quran"ın rusca və azərbaycanca tərcüməçisidir.

Fotoda Fazil İsmayılov