ABŞ-nin bir problemi də artıb - Politico

Vaşinqton hazırda Rusiya aviaşirkətlərinin sanksiyaya məruz qalan ehtiyat hissələri əldə etməsinə mane olmağa çalışır.

Sep 22, 2025 - 16:07
Sep 22, 2025 - 16:08
ABŞ-nin bir problemi də artıb - Politico

SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir. 

Nəşr qeyd edir ki, problem Vaşinqtonun Belarusun “Belavia” aviavşirkətinə qarşı sanksiyaları ləğv etməsindən sonra yaranıb. Çünki Belarus şirkəti təyyarə hissələrini alıb, sonra onları Rusiyaya göndərə bilər.

ABŞ Ticarət Nazirliyi “Belavia” şirkətinin baş direktoru İqor Çerqinetsə məktub göndərərək ehtiyat hissələrinə çıxışın bərpası şərtlərini açıqlayıb. O, bildirib ki, Kuba, İran, Şimali Koreya, Rusiya, Suriya və Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinə uçuşlar qadağan edilməlidir.

Lakin ekspertlər hesab edirlər ki, ABŞ-nin qadağası “formal nota”dır. Şünki Belarusun da daxil olduğu Rusiya+ Gömrük İttifaqında baş verənləri yoxlamaq imkanı yoxdur.

Xatirə SADİQ