Sığınacaq tikintisinə tələbat artıb - Almaniyada
Almaniyada əhalinin sığınacaq tikintisi ilə bağlı sifarişləri həddindən artıq çoxalıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bild” yazır.
Bunker inşaatçısı Mario Peyde nəşrə bildirib ki, şirkəti Almaniya üzrə sığınacaqlar tikir. Onun sözlərinə görə, yanvar ayından sifarişlərin sayı 50% artıb. Rusiya dronlarının Polşaya hücumundan sonra telefon xətti xüsusilə yüklənib.
Peyde qeyd edib ki, son zamanlar şirkətlər və icarədarlar arasında narahatlıq artıb. İndi bütün sorğuların 30%-i bu sektorlardan gəlir. Özəl evlərin altındakı bunkerlərə də böyük tələbat var.
Xatirə SADİQ