BMT-nin fəaliyyəti İsraildə məhdudlaşdırıldı – Knesset qanun qəbul etdi

İsrail parlamenti Birləşmiş Millətlər Təşkilatının (BMT) İsraildə Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini qadağan edən iki qanun layihəsinin təsdiqinə səs verib.

Oct 29, 2024 - 12:53
BMT-nin fəaliyyəti İsraildə məhdudlaşdırıldı – Knesset qanun qəbul etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri məlumat yayıb. 

İsrail iddia edir ki, UNRWA işçilərinin 10 faizindən çoxunun Qəzza zolağında terrorla əlaqəsi var və təşkilatın himayəsində olan təhsil müəssisələri mütəmadi olaraq İsrailə nifrəti qızışdırır və terrorizmi tərifləyir.

UNRWA-nın fəaliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş ikinci qanun layihəsi hökumət orqanlarına bu təşkilatla hər hansı əlaqə saxlamağı qadağan edir. Bu isə UNRWA-nın Qəzza zolağı və İordan çayının qərb sahilindəki fəaliyyətini əhəmiyyətli şəkildə məhdudlaşdıracaq.

BMT baş katibi Antonio Guterreş qanun layihələrinin qəbulunu “fəlakət” adlandırıb. 

Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell bunun fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib. 

ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də qanun layihələri ilə bağlı narahatlıqlarını ifadə edərək, “belə məhdudiyyətlərin tətbiqinin Qəzzada humanitar yardımı, eləcə də Şərqi Qüdsdə həyati baxımdan vacib olan xidmətlərin göstərilməsini pozacağını bildiriblər.

Xatirə SADİQ